Icma.az bildirir, Publika.az saytına əsaslanaraq. O gün Feysbukda video - bir toy məclisindən bir fraqment paylaşdım.
Bu, Qənirə Paşayeva ilə son görüşümüz idi. Təbii, onda bilmirdik son görüş olduğunu. Hardan bilə bilərdik...
O gün Qənirəni salona daxil olan kimi görmüşdüm. Sövq-təbii ilə qalxıb qabağına yerimək, görüşüb hal-əhval tutmaq istədim.
Amma fürsət olmadı. Gözlərimizlə salamlaşdıq. Uzaqdan bir-birimizə baxıb gülümsədik.
İndi bu sətirləri yazarkən o qədər peşmanam ki, niyə yaxınlaşmadım, niyə bağrıma basmadım, niyə ətrini içimə çəkmədim, niyə əhvalını soruşmadım...
Sonra rəqs edərkən özü hamımıza yaxınlaşıb görüşdü. İndi düşünürəm ki, sanki vidalaşırmış bizimlə - özü də bilmədən, biz də fərqində olmadan
Bu görüşdən bir neçə gün sonra komaya düşdüyü, xəstəxanada ağır vəziyyətdə yatdığı xəbərini aldıq.
Xəbəri öyrənər-öyrənməz xəstəxanaya qaçdım. Bütün dostlar, qohumlar oradaydı, hər kəs məhzun baxışlarla onu arayırdı, o isə...