Xocalı cəlladı Rusiyaya yaltaqlandı: “KTMT Rusiyasız heç nədir”

29.01.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Robert Köçəryan: “Biz KTMT-yə Rusiya yönümlü bir struktur kimi baxmalıyıq və biz Rusiya ilə iş görürük”

“KTMT ilə münasibətlərdə heç bir problem yoxdur. Mən də KTMT-dən bir qədər məyus oldum, bu da Rusiya istisna olmaqla, təşkilatın bütün üzv ölkələrinin Azərbaycanla Ermənistanla müqayisədə daha yaxşı münasibətlərinin olmasından irəli gəlir”.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın ikinci Prezidenti, Xocalı cəlladı Robert Köçəryan deyib.

"Bu, artıq bizim üçün problemdir. KTMT ilə münasibətlərin pisləşməməsi üçün nə etdik? Əksinə, belə bir mənzərə yaratmaq üçün hər şeyi etdik. KTMT-yə bu cür baxmaq lazımdır: Rusiyasız KTMT nədir? Heç nə. Biz KTMT-yə Rusiya yönümlü bir struktur kimi baxmalıyıq və biz Rusiya ilə iş görürük. Lukaşenkonu unudun, Orta Asiya ölkələrini unudun", - deyə Köçəryan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью