Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xocalı soyqırımı təkcə bir şəhərin dinc sakinlərinə deyil, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.
Bəzi dövlətlər, o cümlədən bir sıra Avropa ölkələri dünyanın gözü qarşısında baş vermiş bu qətliamı görməzdən gəlirlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar.
Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilib.
Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi.
Səkkiz ailə tamamilə məhv edilib. 1275 nəfər əsir götürülüb, 155 nəfərin taleyi indiyə kimi məlum deyil.
Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan da 76 nəfəri azyaşlıdır.