Xocalı faciəsinin canlı şahidi hər şeyi danışdı: Səhərə qədər atışma getdi

26.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Axşam saatlarında Xocalıda texnikanın səsi eşidildi. Yer silkələnirdi. Artıq bildik ki, ermənilər Xocalıya girir. Qırğın başladı, yer-göy lərzəyə gəlirdi".

Bunu Xocalı faciəsi şahidi Firidun Əliyev 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verənlər barədə Baku TV-yə danışarkən deyib.

Xocalının mühasirəyə alındığını söyləyən F.Əliyev ermənilərin sakinlərə etdiyi zülmləri xatırlayıb:

"Hara getsən, ermənilərin içindən keçməli idin. Səhərə qədər atışma getdi. Faciə zamanı əmimi, bibimi, qardaşımı və onun ailəsini itirdim. Dayım və bütün ailə üzvləri şəhid oldular. Atamla qardaşımın oğlunu ayrı-ayrı girov götürmüşdülər. Babam Mehdinin onun nəvəsi olduğunu deyəndə inanmayıblar. Deyiblər ki, nəvən olmasa, səni öldürəcəyik. Çağıranda qardaşımın oğlu "baba" deyə cavab verib və atam sağ qalıb. Qaytarılandan sonra isə o da həyatını itirdi".

Daha ətraflı Baku TV-nin süjetində:

Xocalı faciəsinin canlı şahidi hər şeyi danışdı: "Səhərə qədər atışma getdi"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью