“Xocalı” gəmisinin 1 yaşı tamam oldu

30.05.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən dövrdə 231 min 748 ton yük daşınıb 

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in ilk quru yük gəmisinin – “Xocalı”nın istismara verilməsindən bir il ötür.

Holdinqdən verilən məlumata görə, ötən dövrdə “Xocalı” ilə 7 beynəlxalq reys həyata keçirilib. Sakit, Atlantik və Hind okeanlarını əhatə edən səfərlər çərçivəsində gəmi dünyanın bir çox limanlarına, o cümlədən ABŞ, Çin, Cənubi Koreya, İndoneziya, Hindistan, Meksika və s. kimi ölkələrin 15-dən çox ayrı-ayrı limanına yan alıb. Bildirilib ki, bu müddətdə nəhəng gəmi ilə soda, şəkər, taxta, kükürd, sement və digər quru yüklər olmaqla, ümumilikdə 231 min 748 ton yük daşınıb.

Qeyd edək ki, ötən il mayın 27-də Çin Xalq Respublikasında istismara qəbul olunan “Xocalı” məhdudiyyətsiz üzmə imkanlarına malikdir. Gəminin yükgötürmə qabiliyyəti 38 min 593 ton, uzunluğu 180, eni 30, suya oturumu isə 10,47 metr, maksimum sürəti 15,7 uzeldir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью