Xocalı kadrlarını Çingizə verdim, qaytarmadı Allahverdi Əsədov | Icma.az
News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Xocalı soyqırımı baş verən gecə biz Ağdamda idik.
Soyqırım törədilən gecə Xocalıya girmək mümkün deyildi. Həmin kadrlar səhərisi gün çəkildi.News24.az xəbər verir ki, bu sözləri RTV-də yayım
Operator Tahir Qarayevlə birgə ilk olaraq ikimiz girdik ərazidə çəkilişlər apardıq. Üç saat yarım çəkiliş etdik.
Çəkiliş etdiyimiz kaseti gətirdim Azərbaycan Televiziyasına. O vaxt televiziyanın sədri Qurban Xəlilov idi.
Mən təkid etdim ki, bu kadrları yayıb, bütün dünyaya nümayiş etdirmək lazımdı. Dedilər, yox, hələ baxmaq lazımdır.
Kadrları efirə vermədilər, mən də qayıdıb getdim Ağdama.Sonra mənim Bakıya gəməyim üçün ardımca maşın göndərdilər. Gəldim televiziyaya.
Xəbərlər redaksiyasının baş redaktoru Ənvər Qafarlı mənim çağırıb dedi ki, həmin kadrlar Moskvada mətbuat konfransında nümayiş olunacaq, sən getməyəcəksən.
Dedi ki, həmin kaseti ver Çingiz Mustafayevə", - deyə o bildirib.
Tam oxu
Xəbəri oxu