Xocalı qatili çağırış etdi: Qarabağdan danışmıram, gəlin...

28.02.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hakimiyyətin ortadan qaldırılması üçün bütün müxalif qüvvələri birləşməyə çağırırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Mən hələ Qarabağın itirilməsindən danışmıram. Bu çağırış Ermənistanın məhvini dayandırmaq üçündür”, – o bildirib.

Ohanyan Ermənistanda hakimiyyətin seçkilərə qədər dəyişə biləcəyini söyləyib:

“Əgər bu olmasa, seçkidə Ermənistanın məhvini istənilən formalaşmış güc dayandıra bilər”.

Qeyd edək ki, Seyran Ohanyan Xocalı soyqırımının təşkilatçılarındandır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью