Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Robert Köçəryanın yaxın vaxtlarda həbs olunacağını bəyan edib.
Demokrat.az xəbər verir ki, Paşinyan bu barədə televiziya efirində çıxışı zamanı danışıb. Baş nazir Robert Köçəryanın məhkəmə və hüquq sistemindəki köhnə əlaqələri sayəsində indiyədək məsuliyyətdən yayına bildiyini iddia edib. Hökumət rəhbərinin sözlərinə görə, seçkilərdən dərhal sonra eks-prezident barəsindəki hüquqi proseslər daha da sürətləndirilməlidir.
“Robert Köçəryan çox tez bir zamanda və uzun müddətə həbsxanaya düşməlidir”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin əlavə edib ki, Köçəryanı cinayət məsuliyyətindən qoruyan qüvvələr ölkədə kök salmış xüsusi “məhkəmə və hüquq mafiyasıdır”.
Robert Köçəryan Xocalı soyqırımında və Azərbaycana qarşı törədilmiş digər ağır müharibə cinayətlərində ittiham olunur. O, eyni zamanda Ermənistanın daxili siyasi arenasında 2008-ci ilin mart hadisələrinə (nümayişlərin güclə dağıdılması və insan tələfatı) görə məsuliyyət daşıyan əsas fiqurlardan biri hesab edilir. (Globalinfo.az)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Paşinyan bu barədə televiziya efirində çıxışı zamanı danışıb. Baş nazir Robert Köçəryanın məhkəmə və hüquq sistemindəki köhnə əlaqələri sayəsində indiyədək məsuliyyətdən yayına bildiyini iddia edib. Hökumət rəhbərinin sözlərinə görə, seçkilərdən dərhal sonra eks-prezident barəsindəki hüquqi proseslər daha da sürətləndirilməlidir.