Xocalı qatili Paşinyanı HƏDƏLƏDİ: “Getməsə, bu, çox pis başa çatacaq

07.06.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xocalı qatili, "Ermənistan" blokunun lideri, sabiq prezident və baş nazirliyə namizəd Robert Köçəryan Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən növbəti xəbərdarlığını edib.
Bizim.Media xəbər verir ki, müxalifət lideri Nikol Paşinyanın seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən əl çəkməməsi ehtimalını şərh edib:
"Əgər Nikol Paşinyan (seçkidən sonra) getməsə, bu, çox pis başa çatacaq".
Jurnalistlərin "çox pis başa çatacaq" ifadəsi ilə tam olaraq nəyi nəzərdə tutduğuna dair sualına isə Köçəryan konkret detal verməkdən yayınıb və "Qoy hər kəs bunu öz təxəyyülünün imkan verdiyi dərəcədə başa düşsün", — deyə cavab verib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью