Xocalı rayonuna köç karvanı gedib

08.09.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı gedib.
Reyting.az
xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 15 ailə (46 nəfər) köçürülür.
Köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə cəmi 69 ailə (237 nəfər) köçürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью