“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23.01.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində nəşr olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub. Bu təşəbbüs Fondun prezidenti Nüsrət Məmmədov tərəfindən irəli sürülüb. Kitabın qırğız dilinə tərcüməçisi və redaktoru Temirbek Toktoqazıyevdir.

Kitabda o qanlı hadisənin şahidlərinin xatirələri və Xocalı gənclərinin fikirləri yer alıb.

Kitabın “Ön söz” müəllifi professor Elmira Süleymanovdur.

Qeyd edək ki, bu, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən tərcümə edilib, nəşr olunan 171-ci kitabıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью