Xocalı sakini: Mənim üçün vətənin hər qarışı qiymətlidir

21.11.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Mən 17 yaşındayam və Vətənə qayıdıram. Təbii ki, sevinc hiss edirəm. Nəhayət doğma torpağa qayıdıram, bu böyük xoşbəxtlikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı rayonuna köç edən sakin Tərlan Həsənzadə deyib.

T.Həsənzadə bildirib ki, doğma yurdu ilə bağlı arzuları çoxdur.

"Oraya gedəndə ilk növbədə Vətənin hər yerini gəzmək, görmək istəyirəm. Mənim üçün vətənin hər qarış torpağı qiymətlidir, maraqlıdır", - deyə o, vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью