Xocalı soyqırımı tarixə qara ləkə kimi düşüb Birol Akgün

26.02.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xocalı soyqırımı törədilən vaxt əsir götürülən və ilkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı olub. Bu hadisə tarixə qara ləkə kimi düşüb.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

"Şəhidlərimizin ağrılarını qəlbimizdə hiss edirik. Bu, erməni silahlıları tərəfindən törədilən və günahsız 613 insanın ölümü ilə nəticələnən soyqırımı hadisəsidir. Həmin gün əsir götürülmüş, itkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı var. Bu hadisə tarixə qara ləkə kimi düşüb. Şəhidlərə Allahdan rəhmət, Azərbaycan xalqına isə səbr diləyirik", - diplomat qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью