Xocalı soyqırımının ildönümü üçün hazırlıqlar başa çatdı

25.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

O qeyd edib ki, "Ana fəryadı" abidəsinin yerləşdiyi park il ərzində daim nəzarətdə saxlanılır və hər il olduğu kimi bu il də ziyarət üçün xüsusi hazırlıqlar görülüb:

"Parkın ətrafına baxış keçirilib, çatışmayan nələr varsa, bərpa edilib. Günlüklər, işıq dirəkləri, oturacaqlar və məhəccərlər yenidən rənglənib, mövsümi güllər əkilib. Həmçinin parkın işıqlandırma sistemində yaranan problem də aradan qaldırılıb, 2 min metr uzunluğunda kabel xətti dəyişdirilib".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью