Xocalı və Ağdərədə şəhidlər yad edilib

27.09.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xocalı və Ağdərə rayonlarında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, saat 12:00-da nəqliyyatın hərəkəti dayanıb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramla yad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью