Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə növbəti qayıdış həyata keçirilib.
Bu mərhələdə Xocalı şəhərinə 4 (23 nəfər), Ballıcaya 5 (27 nəfər), Badaraya 3 (7 nəfər), Daşbulağa 1 (2 nəfər), Xanyurduna 2 (5 nəfər), Vəngliyə 6 (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) olmaqla ümumilikdə 44 ailənin (176 nəfər) daimi qayıdışı təmin olunub.