Xocalıda ağacəkmə aksiyası

06.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalı, 6 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Xocalı rayonunda ağacəkmə aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aksiya zamanı Ballıca kəndi ərazisində müxtəlif növ ağac və gül bitkiləri əkilib.

Zəfər Günü ərəfəsində təşkil olunan ağacəkmə aksiyası ərazilərdə yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin yaxşılaşdırılması və təbiətin qorunmasına xidmət edir.

Müxbir – Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью