Xocalıda daha bir ilk Daşbulaq kəndinə 13 ailə köçürülüb

13.09.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bu gün sentyabrın 13-də Xocalı rayonun daha bir kəndinə ilk köç olub.

Mia.az xəbər verir ki, rayonun Daşbulaq kəndinə bu gün 67 nəfərdən ibarət olan 13 ailə köçürülüb.

Qeyd edək ki, köçürülən ailələr dövlət tərəfindən mənzillə təmin olunublar.

Onu da bildirək ki, bu gün  Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç yola salınıb.

Kəndə ilk dəfə olaraq 9 ailədən ibarət  31 nəfər köçürülüb.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью