Xocalıda fərdi yaşayış evləri 8 milyon manata təmir edilir

06.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xocalı rayonunda fərdi yaşayış evlərinin cari təmiri işlərinə başlanılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı “PLATİN - M” MMC ilə müqavilə imzalayıb.

Dəyəri 8 milyon 784 min manat olan müqavilə çərçivəsində rayonun Təzəbinə kəndində 152 fərdi yaşayış evi təmir ediləcək.

Müvafiq işlərə iyunun 4-də başlanılıb, noyabrın 4-ü isə bitməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью