Xocalıda gördüyü mənzərəni tənqid etdi Video

01.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Xalq artisti Yusif Eyvazov Xocalı səfəri zamanı qarşılaşdığı mənzərə ilə bağlı narazılığını dilə gətirib.

Axşam.az xəbər verir ki, sənətçi Qızıloba kəndi yaxınlığında, göl kənarında istirahət edən insanların ərazini zibilləyərək tərk etdiyini bildirib.

Bu barədə sosial şəbəkə hesabında video paylaşan opera ifaçısı vətəndaşları təbiəti qorumağa çağırıb:

"Xocalı rayonunun Qızıloba kəndindən keçərkən göl kənarında bir mənzərə gördüm. Bizim hörmətli istirahət edənlər gəlir, dincəlirlər. Yer də var. Sonra da zibilləri burada qoyub gedirlər. Bura maşınla gəlmisən, əcəb edirsən. Amma bu yeri belə hala qoymaq hansı mədəniyyətin işarəsidir? Hansı istirahətə yaraşır? İstirahət etmisən, yaxşı etmisən. Yığ bunu torbaya, yolboyu zibil qabları var, at ora".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью