Xocalıda ildırım düşməsi nəticəsində 2 evdə yanğın olub

21.09.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gecə Xocalıda ildırım düşməsi nəticəsində 2 evdə yanğın olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Şuşakənd kəndində evə ildırım düşməsi nəticədə evin 600 kvadratlıq çardağın 400 kvadratı yanıb.

Yanğın baş verən əraziyə yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью