Xocalıda itkin düşən Zibeydə Əhmədova dəfn olunub

20.02.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb.
İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.
Qeyd edək ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью