Xocalıda köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi

02.03.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən “MERCEDES” markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.

Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “CHEVROLET” markalı minik avtomobilinin hərəkəti təmin edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью