Xocalıda mina partladı, müharibə iştirakçısı yaralandı

21.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Xocalı rayonunda mina hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью