Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

17.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonunun Xanabad kəndi ərazisində fəaliyyət göstərən “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində olublar.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları kompleksdə yaradılmış şərait barədə məlumatlandırılıb və hazır məhsullara baxıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью