Xocalıda teleqüllə inşa olunacaq

29.12.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, Xocalı rayonunun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq. “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti” MMC-yə həvalə edib və bu qurumla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək adıçəkilən tikinti şirkəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью