Xocalının 3 kəndinə köç oldu

11.12.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.

Modern.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürüləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью