Xocalının Ballıca kəndində yeni həyat başlayır | Icma.az
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu günlərdə Xocalının Ballıca kəndində yeni bir səhifə açılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə kəndin bərpası istiqamətində görülən işlər artıq öz bəhrəsini verir.
İllərlə doğma yurdlarından uzaq düşən insanlar indi yenidən doğma evlərinə qayıdırlar.Prezident İlham Əliyevin Ballıca kəndinə səfəri zamanı fərdi evlərin və infrastrukturun bərpası ilə tanış olması, sakinlərlə görüşü, onlarla səmimi söhbəti bu prosesin təkcə dövlət siyasəti deyil, eyni zamanda mənəvi məsələ olduğunu göstərir.
Uzun illər həsrət çəkmiş insanların doğma torpaqlarına qayıtması, yenidən həyat qurması təkcə onların deyil, bütün xalqımızın qələbəsidir.İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam edir.
Şəhərlərimiz, kəndlərimiz yenidən dirçəlir, həyat qayıdır. Ballıca kəndində inşa edilən yeni fərdi evlər, yaradılan müasir infrastruktur və
Bu torpaqlara qayıdış təkcə fiziki deyil, həm də mənəvi bir qayıdışdır.
İşğal illərində yaşanan ağrılar, itkilər unudulmayacaq, lakin bundan sonra bu torpaqlarda yalnız quruculuq, inkişaf və rifah hökm sürəcək.Biz Qarabağa qayıdırıq.
Təkcə qayıtmırıq, həm də onu bərpa edir, gücləndirir və gələcək nəsillər üçün daha gözəl bir vətən qururuq.Azər Yadigaroğlu Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu