Xocalının Ballıca kəndinə daha 22 ailə köçürülüb YENİLƏNİB FOTOLAR

24.02.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. SİA xəbər verir ki, 22 ailə olmaqla, 95 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Xocalı rayonuna köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.

Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbi qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 112 ailə (562 nəfər) məskunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью