Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Böyük Qayıdış" proqramı əsasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə insanların köçü uğurla davam etdirilir. Doğma yurdlarına qayıdan keçmiş məcburi sakinlərin məskunlaşdığı ərazilərdən biri də Xocalı rayonudur.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Xocalıya geri dönən Hümbətovlar ailəsi rayonun Ballıca kəndinin ilk sakinlərindəndir.
Ailə doğma ata-baba yurdları olan Kosalar kəndindən didərgin düşüb. Kənan Hümbətovun sözlərinə görə, onlar, Göyçay, Gəncə və Hacıkənddə 33 il məcburi köçkün həyatı yaşayıblar.
Üç oğul sahibi olan Kənan Hümbətov nümayəndəlikdə işlə təmin olunub. Övladlarından biri Xocavənd rayon Yanğından Mühafizə Hissəsində, digəri Xocalıda "Azərişıq"da çalışır. Kiçik oğlu isə tələbədir, diplomunu alacağı günü gözləyir.
Beləcə, otuz illik işğal dövründə ev-ev, yuva-yuva sökülüb talanan, infrastrukturu yerlə bir edilən Qarabağda torpağın əsl sahibləri yurd salır, torpağa həyat qaytarır və bununla da qürur duyurlar.
Afinə Hümbətova isə Kosalar kəndinin mübarizə əzminə heyfislənərək, o zaman çoxlu şəhid verdiklərini xatırladır. O deyir ki, həyat yoldaşı, böyük qardaşı və qardaşının oğlu Birinci Qarabağ müharibəsi zamanı çiyin-çiyinə döyüşüblər.
Özü də beş uşaqla Kosalardan Hacıkəndə qədər tək gedib. Ailənin bir oğlu isə məhz həmin döyüşlərdə Ballıqaya ətrafında şəhid olub.
Xocalının Ballıca kəndinə qayıdan Hümbətovlar ailəsindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az