Xocalının bu kəndlərinə ilk köç olacaq

13.07.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olacaq.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, sakinlər iyulun 24-də doğma yurdlarına yola salınacaqlar.

Həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью