Xocalının iki kəndinə yola salınan köç karvanı mənzil başına çatdı

14.07.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köçürülən ailələr mənzil başına çatıb.

Sfera.az xəbər verir ki, bu köç prosesində Təzəbinə kəndinə 28 ailə olmaqla 125 nəfər, Xanyurdu kəndinə isə 33 ailə olmaqla 122 nəfər köçürülür.

Bu köç prosesi də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə 327 ailə, yəni 1433 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulan kəndlərdəndir.

Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, yaşayış üçün lazımi infrastruktur yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью