Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Xocalı” futbol klubunun təsisçisi və baş direktoru İlkin Hacıyevin İdman.biz-ə müsahibəsi
- Hazırda U-13 və U-14 komandalarımız çempionatlarda iştirak edir.
Artıq demək olar ki, 14 yaşlı futbolçulardan ibarət komandamız pley-offa vəsiqəni təmin edib.
Gələcəkdə I və II, daha sonra isə yüksək liqada oynamaq istəyirik. Ancaq təəssüf ki, arzularımızın önünü bəzi reallıqlar kəsir. - Nə kimi?
- Sözügedən məqsədləri reallaşdırmaq üçün maliyyə dəstəyinə ehtiyacımız var. Beş ildir ki, klubun bütün yükü mənim çiynimdədir.
Heç bir maliyyə dəstəyimiz yoxdur. - Bəs indi klub maddi xərclərini necə qarşılayır? - Hazırda pullu qruplarımız fəaliyyət göstərir.
Bununla bərabər, aztəminatlı ailələrdən olan perspektivli uşaqlar üçün pulsuz qruplarımız var.
Düzü, müraciət edənlərin sayından narazı deyiləm. Klubun əsas bazası Masazırda yerləşir və Xırdalanda filialımız fəaliyyət göstərir.