Xocalının Xanyurdu kənd sakini: Prezidentlə görüş heç vaxt unutmayacağımız tarixi an oldu

19.07.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Uzun ayrılıqdan sonra Qarabağa qayıtmağın sevincini yaşayırıq. Prezidentimizə minnətdarlığımı bildirirəm".

APA xəbər verir ki, bunu Xocalının Xanyurdu kənd sakini Vüsalə Abbasova deyib:

“Çox şadıq. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi, problemlərimizi dinlədi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam. Bu görüş heç vaxt unutmayacağımız tarixi an oldu”.

Kənd sakini evlərinin hər bir şəraitinin olduğunu vurğulayıb: “Bütün zəhməti olanlara təşəkkür edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью