Xocalıya daha bir köç karvanı yola salınıb (Yenilənib)

20.02.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı gedib.

Reyting.az “Report"a istinadla xəbər verir ki, ilk mərhələdə Xanabada 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.

Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Bu gün Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью