Xocalıya köçən sakin: Köçkünlükdə çox çətinliklər çəkmişik

13.12.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həm həyəcanlı, həm də sevincliyəm. Duyğularımı sözlə ifadə edə bilmirəm.

Modern.az xəbər verir ki, bu sözləri Ağdamda AZƏRTAC-a açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Ehtiram Məmmədov deyib.

“Köçkünlükdə çox çətinliklər çəkmişik. Amma ən böyük çətinliyimiz yurd həsrəti olub. Hər zaman yenidən doğma Qarabağımıza qayıtmaq arzusu ilə yaşamışıq. Allaha şükürlər olsun ki, bu arzumuz, istəyimiz yerinə yetdi. İndi doğma torpaqlara qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью