Xocalıya növbəti köç Fotolar

28.04.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.

Qeyd edək ki, 28 apreldəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью