Icma.az, Avtosfer saytına istinadən bildirir.
Abşeron rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 7-də günorta saatlarında Xocasən yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı maşın, 40-BU-404 dövlət nömrə nişanlı “Jeep” markalı avtomobilə çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət və düzgün ara məsafəsinin seçilməməsi olub. Nəticədə bir-biriylə toqquşan hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin