Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xocasəndə taxta yeşiklər yığılan ərazi yanğın başlayıb.
FHN-dən APA-ya verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.