Xocavənd qəsəbəsində Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir. Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib.
Xocavənd qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlunun anım günü münasibətilə xatirəsi yad edilib.
Anım tədbirində YAP Xocavənd rayon təşkilatının əməkdaşları, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid ailələri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur.
1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır.
2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur.
Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Tam oxu
Xəbəri oxu