Xocavənd rayonunda 4 min 500 ə yaxın insan məskunlaşıb Prezidentin xüsusi nümayəndəsi

20.09.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bu gün ilk dəfədir ki, Xocavənd Şəhəri Günü qeyd olunur. Bir il bundan əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlayıb. Bu proses hazırda da davamlı şəkildə həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, bu günə qədər Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb:
"Bu, 1083 ailə deməkdir. Cəmi bir il ərzində rayonun 8 yaşayış məntəqəsinə, insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıblar. Onlar artıq burada öz həyatlarını davam etdirir, yaşayırlar".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью