Xocavənd rayonunda bir nəfər minaya düşdü Həyati təhlükəsi yoxdur

02.08.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina partlayışı olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bizim.Media-ya bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. 
Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью