Xocavənd sakini: Doğma yurda qayıtmaq ən böyük arzumuz idi

19.11.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İki şəhidin bacısı kimi çox qürurluyam ki, doğma yurdumuza qayıtdıq. Bu, bizim üçün ən böyük arzu idi".

Bunu APA-ya bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Mərubə Dadaşova deyib. O, qayıdışın tarixi hadisə olduğunu vurğulayıb: “Xalqımız, dövlətimiz üçün əlamətdar bir gündür. Məcburi köçkün adımız ləğv olunur. Biz doğma yurdumuza qayıtdıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Cənab Prezidentimiz var olsun. Ailəmiz adından ona dərin təşəkkürümü bildirirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью