Xocavənddə 80 yaşayış evinin tikintisinə 4,7 milyon xərclənəcək

05.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Tağaverd kəndində 80 fərdi yaşayış (13 600 m2) evinin tikintisinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, tikinti işlərini "Azər İnşaat Quraşdırma Təmir Tikinti" MMC və "Frekans Construction and Energy Company" MMC Konsorsiumu həyata keçirəcək.

Prosesə 4 milyon 746 min 339 manat xərclənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью