Xocavənddə daha 140 ev təmir olunacaq 3 ŞİRKƏTƏ 8,2 MİLYON MANATLIQ SİFARİŞ

19.11.2025

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “ARAZ İNŞAATÇİ” MMC, “Qarabağ Enerji Təchizat” MMC və  "PLATIN-M" MMC ilə mqavilə bğlayıb.

Marja.az-ın məlumatına görə, “ARAZ İNŞAATÇİ” MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 353 min manatdır. Müqavilə Xocavənd rayonunun Cütcü kəndində fərdi yaşayış (40 ev - 6732m2) evlərinin təmiri işlərini nəzərdə tutur.

“Qarabağ Enerji Təchizat” MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 941 min manatdır. Müqavilə Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış (50 ev – 8415 m2) evlərinin təmiri işlərinə dairdir. 

"PLATIN-M" MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 929 min manatdır. Müqavilə Xocavənd şəhərində fərdi yaşayış evlərinin (50 ev - 8415 m2) təmir işlərinin satın alınmasını nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью