Xocavənddə yanğın

17.09.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocavənd rayonunun Qarazəmi kəndində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью