Xocavəndə köç olub

30.09.2026

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

16 ailəyə evlərinin açarları təqdim edilib

Bu gün Xocavənd şəhərinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

AYNA.AZ xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, bu mərhələdə Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью