Xocavəndin kəndlərində bu il 1552 evin təmir olunması planlaşdırılıb

15.07.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Xocavənd rayonunun kəndlərinin bərpası üzrə işlər davam edir.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Qeyd olunub ki, Hadrud qəsəbəsi və Tuğ kəndində kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir. Xüsusi nümayəndənin sözlərinə görə, Xocavənd rayonun digər kəndlərində ilin sonuna qədər 1552 evin təmir olunaraq təhvil verilməsi planlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью