Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Binəqədi rayonunun Xocəsən qəsəbəsində Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən 200 mm diametrli su xəttində baş vermiş qəza aradan qaldırılıb.
Redaktor.az xəbər verir ki, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən xəttdə qəza nəticəsində siyirtmədə texniki nasazlıq yaranıb.
Nasazlığın aradan qaldırılması məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.
Bildirilib ki, qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilib, su xətti və onun üzərində yerləşən siyirtmə yenilənib.
Təmir-bərpa işləri tam yekunlaşdırılıb və xətt üzrə suyun verilişi bərpa olunub.
Qeyd olunub ki, qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.