Xodorkovski daha 10 il müddətinə həbs edildi: Bu dəfə qiyabi

08.06.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Prezident Vladimir Putinin təqiblərindən qaçaraq Avropada gizlənən biznesmen Mixail Xodorkovski qiyabi olaraq on il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, Moskva məhkəməsi “Yukos” neft şirkətinin keçmiş rəhbərini Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilib.

Bildirilir ki, hökm Xodorkovski ədalət mühakiməsinə çıxarıldıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Xodorkovskiyə qarşı cinayət işi 2023-cü ilin sentyabrında açılıb.

Onun “X” sosial şəbəkəsində 2022-ci il 9 sentyabr tarixli paylaşımı və “YouTube” kanalında 2024-cü il 9 iyul tarixində yerləşdirdiyi video sözügedən cinayət işinin açılmasına səbəb olub.

Xatırladaq ki, Mixail Xodorkovski 2003-cü ilin oktyabrından 2013-cü ilin dekabrına qədər də dələduzluq maddəsilə həbsdə yatıb. Rusiya Prezidentinin imzaladığı əvf fərmanı ilə 2013-cü ilin dekabrında azadlığa buraxılaraq birbaşa Berlinə gedib.

Rüfət Sultan, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью